Prezidentə xəyanət edən Mehdiyev və tərəfdaşları cavab verəcək - Deputat

Prezident İlham Əliyevə xəyanət edən Ramiz Mehdiyev və tərəfdaşları qanun qarşısında cavab verəcək. Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı oktyabrın 18-də keçirilən iclasda çıxışı zamanı deyib.
“Ölkəmizin ən çətin günlərində dövlət çevrişlərinə cəhd risklərinin qarşısını Heydər Əliyev alıb. İndiki kimi bu cür risklərə yol verən şəxslər cinayətkar kimi cəzalandırılmalıdır. Bu, xalqımıza və şəhidlərimizə qarşı xəyanətdir,” — İbrahimqızı deyib.
O əlavə edib ki, “Prezidentə qarşı xəyanət edən Ramiz Mehdiyev və tərəfdaşları qanun qarşısında cavab verəcək.”
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Daha sonra, 2019–2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 