Deputat əcnəbi vətəndaşlarla bağlı təklif verib

Deputat Fazil Mustafa Türkiyənin yeni hüquqi praktikasına diqqət çəkərək, Azərbaycan vətəndaşlarının xaricdə, xüsusilə Türkiyədə, Rusiyada və Gürcüstanda “əcnəbi statusu” daşımamasına yönəlmiş hüquqi mexanizmlərin müzakirəyə çıxarılmasını təklif edib. Bu barədə deputat oktyabrın 18-də Milli Məclisdə çıxışı zamanı deyib.
“Türkiyədə yaşayan və işləyən vətəndaşlar artıq əcnəbi statusunda olmayacaq. Biz də demoqrafik məsələləri nəzərə alaraq belə qərarlar haqqında düşünməliyik. Rusiyada və Gürcüstanda yaşayan vətəndaşlarımız üçün də oxşar imkanların tanınmasını müzakirə etməliyik. Soydaşlarımız özlərini əcnəbi kimi hiss etməməlidirlər", - o bildirib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 