Deputat: Prezident Əliyev iqtisadi məsələləri siyasiləşdirmir

Milli Məclisin deputatı Səməd Seyidzadə, parlamentdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” layihəsinə münasibət bildirərkən, Prezident İlham Əliyevin iqtisadi yanaşmasını fərqli “fəlsəfə” kimi qiymətləndirib.
“Prezident Əliyev iqtisadi məsələləri heç vaxt siyasiləşdirmir. Elə edir ki, bu proses özü siyasiləşir. Bu, yeni fəlsəfədir,” – deputat çıxışı zamanı bildirib.
O, əlavə edib ki, bu yanaşma Azərbaycanın xarici tərəfdaşlarla münasibətlərində iqtisadi maraqların ön planda saxlanmasına, lakin siyasi nəticələrin də əldə olunmasına şərait yaradır.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) iki ölkə arasında ticarət, sərmayə, logistika və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Bu saziş Azərbaycanın Yaxın Şərq ölkələri ilə artan iqtisadi münasibətlərinin bir hissəsi kimi qiymətləndirilir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 