• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Ceyhun Bayramov İƏT-in Əmək Mərkəzinin baş direktoru ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
17.10.2025 18:10

17 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramovu qəbul edib.Bu barədə XİN-dən məlumat verilib.

Görüşdə yeni yaranmış və İƏT-in ixtisaslaşmış təşkilatlarından olan Əmək Mərkəzinin gördüyü işlər və gələcək planlar müzakirə olunub.

Bununla yanaşı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, İƏT-in gələn il Azərbaycanda keçiriləcək Zirvə görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bakıda İƏT üzv dövlətlərinin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində təsis edilmiş Əmək Mərkəzinin təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub.

Aparılacaq işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - Video
Siyasət 20:08
Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - Video
Prezident ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib
Siyasət 19:10
Prezident ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib
Sahibə Qafarova İsveçrəyə səfərə gedib
Siyasət 18:18
Sahibə Qafarova İsveçrəyə səfərə gedib
Estoniya XİN Azərbaycanı təbrik edib
Siyasət 17:30
Estoniya XİN Azərbaycanı təbrik edib
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
Siyasət 16:10
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub
Siyasət 16:06
Şamil Rzayev ANAMA sədrinə I müavin təyin olunub
Prezidentdən Xəzər dənizinin dayazlaşması ilə bağlı - Açıqlama
Siyasət 12:01
Prezidentdən Xəzər dənizinin dayazlaşması ilə bağlı - Açıqlama
Prezident Qazaxıstan mediasına müsahibə verib
Siyasət 11:44
Prezident Qazaxıstan mediasına müsahibə verib
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Siyasət 10:01
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol