• $ 1.7
  • € 1.9717
  • ₽ 0.020922
  • ₺ 0.0405
  • £ 2.2675

Deputat: Prezident Əliyevin Astanadakı bəyanatı regional münasibətlərdə yeni mərhələ açır

Deputat: Prezident Əliyevin Astanadakı bəyanatı regional münasibətlərdə yeni mərhələ açır
24.10.2025 12:20

Milli Məclisin deputatı Zahid Oruc Prezident İlham Əliyevin Astanada səsləndirdiyi bəyanatı “tarixi dönüş nöqtəsi” kimi dəyərləndirib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistana qoyduğu tranzit məhdudiyyətlərinin aradan qaldırılması regionda iqtisadi və siyasi əlaqələrin normallaşmasına xidmət edəcək.

Deputat bildirib ki, bu qərarın ilk tətbiqi Qazaxıstan taxılının Ermənistan üzərindən daşınması ilə başlayıb. O, Ermənistan baş naziri Nikol Paşinyanın addımı müsbət qarşılayaraq tranzit əməkdaşlığına hazır olduqlarını bildirməsini “yeni regional reallıqların göstəricisi” adlandırıb.

Zahid Oruc qeyd edib ki, Astanadakı bəyanat 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan arasında yaranan kövrək etimad mühitinin möhkəmlənməsinə təkan verəcək. Onun fikrincə, son dövrlərdə Cenevrədə iki ölkənin parlament rəhbərlərinin görüşü və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri də bu prosesin tərkib hissəsidir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Əliyevlə telefon danışığı aparıb
Siyasət 14:17
Putin Əliyevlə telefon danışığı aparıb
Xocalının iki kəndinə 26 ailə köçürülüb
Siyasət 12:30
Xocalının iki kəndinə 26 ailə köçürülüb
Deputat: Prezident Əliyevin Astanadakı bəyanatı regional münasibətlərdə yeni mərhələ açır
Siyasət 12:20
Deputat: Prezident Əliyevin Astanadakı bəyanatı regional münasibətlərdə yeni mərhələ açır
Siyasi partiyası olan deputatlara əlavə 1 milyon manat ayrılır
Siyasət 17:17
Siyasi partiyası olan deputatlara əlavə 1 milyon manat ayrılır
2026-cı il dövlət büdcəsinin gəlirləri və xərcləri artacaq
Siyasət 13:15
2026-cı il dövlət büdcəsinin gəlirləri və xərcləri artacaq
NATO ölkələrinin 15 səfirindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək
Siyasət 11:21
NATO ölkələrinin 15 səfirindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək
Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu göndərib
Siyasət 11:14
Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu göndərib
Gələn həftə Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək
Siyasət 17:19
Gələn həftə Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək
AZAL təyyarə qəzası üzrə yekun hesabat gələn il acıqlanacaq
Siyasət 14:50
AZAL təyyarə qəzası üzrə yekun hesabat gələn il acıqlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol