• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

İlham Əliyev Respublika Günü münasibətilə Tokayevi təbrik edib

İlham Əliyev Respublika Günü münasibətilə Tokayevi təbrik edib
25.10.2025 11:07

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının milli bayramı — Respublika Günü münasibətilə Qazaxıstan xalqını və ölkənin Prezidenti Kasım ‑Jomart Tokayevi təbrik edib.

Təbrik məktubunda vurğulanır ki, Qazaxıstanın iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq arenada nüfuzunun yüksəlməsi Tokayevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatların və yorulmaz fəaliyyətin nəticəsidir.

"Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızın əsasını təşkil edir. Qardaş ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmət ruhunda inkişaf edir. Bu il imzalanmasının 20 illiyini qeyd etdiyimiz “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” dövlətlərarası münasibətlərimizin strateji xarakterini əyani şəkildə göstərir”, - məktubda qeyd edilir.

Sənəddə həmçinin bildirilir ki, siyasi təmasların intensiv olması və ali səviyyədə dialoqun mövcudluğu ticarət-iqtisadiyyat, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün münbit zəmin yaradır.

Azərbaycan Prezidenti məktubunda Tokayevə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövlət fəaliyyətində uğurlar, Qazaxıstan xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Tokayevi təbrik edib
Siyasət 11:07
İlham Əliyev Respublika Günü münasibətilə Tokayevi təbrik edib
Azərbaycan XİN Qazaxıstanı təbrik edib
Siyasət 10:00
Azərbaycan XİN Qazaxıstanı təbrik edib

Ceyhun Bayramov TDT baş katibini qəbul edib
Siyasət 17:45
Ceyhun Bayramov TDT baş katibini qəbul edib
Putin Əliyevlə telefon danışığı aparıb
Siyasət 14:17
Putin Əliyevlə telefon danışığı aparıb
Xocalının iki kəndinə 26 ailə köçürülüb
Siyasət 12:30
Xocalının iki kəndinə 26 ailə köçürülüb
Deputat: Prezident Əliyevin Astanadakı bəyanatı regional münasibətlərdə yeni mərhələ açır
Siyasət 12:20
Deputat: Prezident Əliyevin Astanadakı bəyanatı regional münasibətlərdə yeni mərhələ açır
Siyasi partiyası olan deputatlara əlavə 1 milyon manat ayrılır
Siyasət 17:17
Siyasi partiyası olan deputatlara əlavə 1 milyon manat ayrılır
2026-cı il dövlət büdcəsinin gəlirləri və xərcləri artacaq
Siyasət 13:15
2026-cı il dövlət büdcəsinin gəlirləri və xərcləri artacaq
NATO ölkələrinin 15 səfirindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək
Siyasət 11:21
NATO ölkələrinin 15 səfirindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol