44 günlük müharibədəki qələbə türk dünyası üçün qürur mənbəyidir - Şamil Ayrım
Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə bütün türk dünyası üçün qürur və şərəf simvoludur. Bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunan konfransda bildirib.
“8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm. Eyni zamanda beynəlxalq ictimaiyyəti yaralayan məsələlərə səssiz qalmağımız mümkün deyil,” – Ayrım deyib.
Deputat həmçinin vurğulayıb ki, Türkiyə hər zaman Fələstin xalqını dəstəkləməyə davam edəcək və bütün türk dünyasına sülh arzulayıb.
Gülnar