• $ 1.7
  • € 1.9833
  • ₽ 0.02145
  • ₺ 0.0405
  • £ 2.2723

İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib

İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
29.10.2025 18:50

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.

Qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlət başçısını təbrik edib bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.

Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə edib,bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib.

Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd edib.

Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı Azərbaycan Ermənistanla arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxunub, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib.

Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulanıb, bunun Azərbaycanın və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunulub.

Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Siyasət 20:15
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Ceyhun Bayramov Səmərqəndə gedib
Siyasət 19:15
Ceyhun Bayramov Səmərqəndə gedib
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
Siyasət 18:50
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
Çernoqoriyada azərbaycanlılara qaydalara əməl etmək tövsiyə olunub
Siyasət 18:04
Çernoqoriyada azərbaycanlılara qaydalara əməl etmək tövsiyə olunub
Sabirabadın bir hissəsində qaz kəsiləcək
Siyasət 17:54
Sabirabadın bir hissəsində qaz kəsiləcək
Prezident bu məhkəmələrə hakimlər və sədrlər təyin etdi- Sərəncam
Siyasət 17:01
Prezident bu məhkəmələrə hakimlər və sədrlər təyin etdi- Sərəncam
Elton Məmmədova rəsmi xəbərdarlıq edilib
Siyasət 16:47
Elton Məmmədova rəsmi xəbərdarlıq edilib
Azərbaycan və Oman XİN başçıları arasında təkbətək görüş keçirilir
Siyasət 14:10
Azərbaycan və Oman XİN başçıları arasında təkbətək görüş keçirilir
Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
Siyasət 13:44
Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol