• $ 1.7
  • € 1.9777
  • ₽ 0.021556
  • ₺ 0.0405
  • £ 2.2526

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqənddə görüşüb

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqənddə görüşüb
30.10.2025 10:37

30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səmərqəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanın YUNESKO-nun baş konfransına ev sahibliyi münasibətilə təbriklərini çatdırıb.

Görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər müzakirə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr nəzərdən keçirilib.

Görüşdə, beynəlxalq və regional təşkilatlar, BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də regional platformalar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş zamanı, həmçinin regional inkişaflar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqənddə görüşüb
Siyasət 10:37
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqənddə görüşüb
Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb
Siyasət 22:39
Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Siyasət 20:15
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Ceyhun Bayramov Səmərqəndə gedib
Siyasət 19:15
Ceyhun Bayramov Səmərqəndə gedib
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
Siyasət 18:50
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
Çernoqoriyada azərbaycanlılara qaydalara əməl etmək tövsiyə olunub
Siyasət 18:04
Çernoqoriyada azərbaycanlılara qaydalara əməl etmək tövsiyə olunub
Sabirabadın bir hissəsində qaz kəsiləcək
Siyasət 17:54
Sabirabadın bir hissəsində qaz kəsiləcək
Prezident bu məhkəmələrə hakimlər və sədrlər təyin etdi- Sərəncam
Siyasət 17:01
Prezident bu məhkəmələrə hakimlər və sədrlər təyin etdi- Sərəncam
Elton Məmmədova rəsmi xəbərdarlıq edilib
Siyasət 16:47
Elton Məmmədova rəsmi xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol