Hacıyev: Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə qədər tamamlanma mərhələsindədir
 
            Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə qədər tamamlanma mərhələsinə çatıb. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan hazırda regionda nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində genişmiqyaslı infrastruktur layihələri həyata keçirir.
“Regional nəqliyyat və logistika bağlantılarının bərpası Cənubi Qafqazda dayanıqlı sülh və iqtisadi inteqrasiyanın əsas tərkib hissəsidir”, – Hacıyev qeyd edib.
Zəngəzur dəhlizi layihəsi Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək yeni nəqliyyat marşrutudur. Layihə regionun tranzit potensialını artırmaqla yanaşı, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirəcək strateji qovşağa çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Aytac
 
                             
                             
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    