Şoyqu və Ramil Usubov Moskvada görüşəcək
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin XIII iclası Moskvada keçirilir, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti bildirib.
Şoyqu Azərbaycan, Ermənistan və Belarus nümayəndələri ilə, o cümlədən Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla ikitərəfli görüşlər keçirəcək.
TASS-ın məlumatına görə, iclasda MDB məkanında təhlükəsizlik çağırışları və təhdidlərinin müzakirəsi, birgə tədbirlər planı, humanitar əməkdaşlıq və Qərbin ideoloji təsirinə qarşı mübarizə məsələləri nəzərdən keçiriləcək.
N.Təbrizli