Ermənistan Qarabağ üzrə danışıqlara dair sənədləri dərc edib
Ermənistan hökuməti “Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin sənədləri” adlı paketi ictimaiyyətə açıqlayıb.
Nazirlər Kabinetinin rəsmi saytında ümumilikdə 13 sənəd yerləşdirilib.
Dərc olunan materiallar arasında ATƏT-in Minsk qrupu tərəfindən 2016 və 2019-cu illərdə təqdim edilmiş təkliflər, Madrid prinsipləri, Kazan prinsipləri, Rusiyanın irəli sürdüyü təklif paketi və danışıqların müxtəlif mərhələlərində müzakirə olunan digər sənədlər var.
Baş nazir Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, hökumət 2025-ci ilin sonunadək Azərbaycanla Qarabağ məsələsi üzrə aparılan danışıqların tarixçəsinə aid bütün əsas sənədləri dərc edəcək.
N.Təbrizli