• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb

Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
05.12.2025 12:17

Azərbaycan əhalisinin sosial müdafiəsi, əmək və məşğulluq sahəsində geniş proqramlar həyata keçirilir, ölkədə dayanıqlı sosial müdafiə sistemi mövcuddur. Bunu əmək və əhalinin sosial müdafiə naziri Anar Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.

Nazirin sözlərinə görə, son 6 ildə ölkədə 5 sosial islahat paketi qəbul olunub, bu islahatlar əhalinin 40%-ni əhatə edib və illik əlavə vəsait 4,5 milyard ABŞ dollarına bərabər olub.

Nəticədə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüd ödənişləri isə 5 dəfə artıb.

Əmək münasibətləri sahəsində işçilərin hüquqlarının qorunması, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması əsas prioritetlərdir. Ölkə 59 Beynəlxalq Əmək Təşkilatı konvensiyasını və 1 protokolunu ratifikasiya edib, əlavə 4 konvensiyanın ratifikasiya imkanları araşdırılır.

Nazir həmçinin qeyd edib ki, qadınların əmək bazarına cəlb olunması üçün cinsi ayrı-seçkiliyin aradan qaldırılması üzrə tədbirlər aparılıb.

Formal məşğulluğun təşviqi nəticəsində əmək müqavilələrinin sayı 45% artıb, artımın böyük hissəsi özəl sektorda qeydə alınıb. Bu tədbirlər əməkhaqqı fondunun ölkə üzrə 3,2 dəfə artmasına səbəb olub.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və İran prezidentləri regional vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər
Siyasət 21:05
Azərbaycan və İran prezidentləri regional vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər
Milli Məclisdə ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Siyasət 11:58
Milli Məclisdə ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Rusiya XİN Ermənistanın Türkiyə və Azərbaycana aparan dəmir yolları ilə bağlı müraciətinə baxır
Siyasət 23:01
Rusiya XİN Ermənistanın Türkiyə və Azərbaycana aparan dəmir yolları ilə bağlı müraciətinə baxır
Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır
Siyasət 22:11
Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır
Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılacaq
Siyasət 21:35
Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılacaq
Qaradağın icra başçısı vəzifəsindən azad edildi
Siyasət 19:48
Qaradağın icra başçısı vəzifəsindən azad edildi
Baş nazir iclas keçirib
Siyasət 17:49
Baş nazir iclas keçirib
Prezident sərəncam imzalayıb
Siyasət 16:26
Prezident sərəncam imzalayıb
BMT nümayəndəsi Hikmət Hacıyevlə görüşüb
Siyasət 14:30
BMT nümayəndəsi Hikmət Hacıyevlə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol