• $
  • £

Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
07.12.2025 13:19

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeşin paytaxtı Dəkkə şəhərinə səfər ediblər.

Səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də Banqladeş müvəqqəti hökumətinin Baş müşaviri, dünyaşöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüblər.

Görüşdə Prezident İlham Əliyevin ən səmimi salamları Baş müşavir M.Yunusa çatdırılıb. Onun sonuncu dəfə 2024-cü ilin noyabrında COP29-da iştirak daxil olmaqla, müxtəlif illərdə Azərbaycana çoxsaylı səfərlər etdiyi, bir neçə dəfə Azərbaycan Prezidenti ilə görüşdüyü və ölkəmizdə hər zaman xoş qarşılandığı vurğulanıb.

Azərbaycanın Banqladeşlə daima dostluq əlaqələrinə malik olduğu, müxtəlif formatlarda uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Məhəmməd Yunusa Leyla Əliyevanın və Arzu Əliyevanın Dəkkədə fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz uşaqlar üçün müəssisəni ziyarət etdikləri barədə məlumat verilib.

Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin Banqladeşin müvafiq təşkilatları ilə birgə humanitar, sosial, gənclər və könüllülər, ətraf mühit və təbiətin mühafizəsi kimi sahələrdə əməkdaşlıqda, həmçinin birgə layihələr həyata keçirməkdə maraqlı olduğu qeyd edilib.

Baş müşavir Məhəmməd Yunus ölkəmizə çoxsaylı səfərləri zamanı Azərbaycan Prezidenti görüşlərini hər zaman məmnunluqla xatırladığını bildirib, öz növbəsində onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, COP29 çərçivəsində Prezident İlham Əliyevlə görüşdə qeyd edildiyi kimi, iki ölkə arasında səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib və praktiki fəaliyyətlərin həyata keçirilməsinin vacibliyinə toxunub.

M.Yunus Azərbaycanın müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etdiyinin şəxsən şahidi olduğunu deyib, Banqladeşlə əməkdaşlığın inkişafı və praktiki dəstək proqramlarının icrası üzrə göstərilən səylərə görə dərin təşəkkürünü bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib
Siyasət 21:54
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib
Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib
Siyasət 20:06
Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib
Azərbaycan Rusiya ilə orta və uzunmüddətli perspektivə hesablanmış investisiya layihələrini müzakirə edib
Siyasət 17:12
Azərbaycan Rusiya ilə orta və uzunmüddətli perspektivə hesablanmış investisiya layihələrini müzakirə edib
Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Siyasət 16:45
Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Azərbaycan və Küveyt XİN-ləri diplomatik təşəbbüslərin gücləndirilməsini müzakirə edib
Siyasət 16:23
Azərbaycan və Küveyt XİN-ləri diplomatik təşəbbüslərin gücləndirilməsini müzakirə edib
Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər
Siyasət 15:52
Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər
Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb
Siyasət 15:07
Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
Siyasət 14:52
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə edib
Siyasət 14:14
Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol