• $
  • £

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
08.12.2025 23:00

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Bratislavada keçirilən görüşdən sonra iki ölkə arasında enerji, müdafiə sənayesi və yüksək texnologiyalar üzrə əməkdaşlığın genişləndiriləcəyini bəyan ediblər. Bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəri kimi qeydə alınıb.

Slovakiya Prezidenti bəyanatında Azərbaycanın regiondakı ən böyük iqtisadiyyat olduğunu vurğulayaraq, iki ölkə arasında ticarətdə ciddi artım qeydə alındığını bildirib. Onun sözlərinə görə, enerji təchizatının şaxələndirilməsi fonunda Slovakiya Azərbaycanın uzunmüddətli strateji tərəfdaşına çevrilə bilər.

Pelleqrini bildirib ki, iki ölkə müdafiə sənayesi sahəsində birgə istehsal və texnologiya ötürülməsi imkanlarını araşdırır. Slovakiya tərəfi Azərbaycanın avtomatik artilleriya sistemləri ilə maraqlandığını təsdiqləyib. Prezident həmçinin slovak şirkətlərinin Qarabağ bölgəsində “ağıllı kənd” layihəsində iştirak etdiyini və birbaşa Bratislava–Bakı aviayollarının açılmasının gündəmdə olduğunu bildirib.

Prezident İlham Əliyev çıxışında iki ölkə arasında 2023-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin münasibətləri ən yüksək səviyyəyə qaldırdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan hazırda ildə 25 milyard kubmetr qaz ixrac edir və bunun yarısı Avropa İttifaqına yönəlir. Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb.

Əliyev Slovakiyanın müdafiə sənayesi ilə birgə istehsalın hər iki tərəf üçün yeni texnoloji sinergiya yaradacağını qeyd edib: “Biz müharibə aparmaq niyyətində deyilik, lakin birgə sənaye istehsalı dünya bazarında maraqlı məhsullar yarada bilər”.

Azərbaycan Prezidenti həmçinin enerji potensialının genişləndirilməsi ilə ölkənin data mərkəzləri üçün əlverişli məkana çevrilə biləcəyini bildirib. Onun sözlərinə görə, hazırda istifadəsiz qalan təxminən 2 giqavatlıq enerji həcmi beş il ərzində 8 giqavata çatdırılacaq.

Görüş zamanı tərəflər nəqliyyat-logistika sahəsində, xüsusilə Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Prezident Əliyev Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib.

19:33

Dekabrın 8-də Bratislavada Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol