Slovakiya Prezidenti: Azərbaycan və Ermənistan sülh sazişinin paraflanmasına görə təbrik edirik
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb. Bu barədə o, Prezident İlham Əliyevlə birgə mətbuata açıqlamasında deyib.
Pelleqrini bildirib ki, iki ölkə arasında diqqət postmünaqişə dövrünün imkanlarına yönələcək.
“Uzunmüddətli perspektivdə Azərbaycan Slovakiya üçün strateji tərəfdaş ola bilər”, - o bildirib.
O qeyd edib ki, Bratislava Azərbaycanın enerji resurslarından istifadə imkanlarını müzakirə edir. Slovakiya müdafiə sənayesi sahəsində əməkdaşlığa da açıqdır:
“Biz sadəcə silah satmaq niyyətində deyilik. Özüyeriyən artilleriya sistemləri və digər texnologiyalar üzrə təcrübəmiz var. Texnologiya transferi və birgə istehsal üzərində işləyə bilərik, üçüncü ölkələrə də birgə ixrac mümkündür”, - o deyib.
Son xəbərlər
Daha çox