Əliyev Qarabağdakı minatəmizləmə prosesindən danışıb
2020-ci il İkinci Qarabağ müharibəsindən sonra minalar səbəbindən 400-dən artıq insan həlak olub və ya ciddi yaralanıb. Bu barədə Prezident İlham Əliyev deyib.
Prezident İlham Əliyev Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini adından keçirilən rəsmi ziyafətdə bildirib ki, Slovakiya tərəfindən Azərbaycana təqdim olunan xüsusi avadanlıq minalardan təmizləmə işlərində insan həyatını qorumağa imkan verir.
"Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur", — dövlət başçısı əlavə edib.
Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsindən sonra Azərbaycanın bir sıra əraziləri minatəhlükəsi ilə üzləşib. Slovakiya ilə əməkdaşlıq çərçivəsində ölkə təhlükəsizlik və minalardan təmizləmə sahəsində texniki dəstək alır.
Gülnar
Son xəbərlər
Daha çox