• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Ölkədə ən böyük amnistiyanın elan olunması gözlənilir - Prezidentdən təşəbbüs

Ölkədə ən böyük amnistiyanın elan olunması gözlənilir - Prezidentdən təşəbbüs
15.12.2025 15:19

Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədə ən böyük amnistiyanın elan olunması gözlənilir - Prezidentdən təşəbbüs
Siyasət 15:19
Ölkədə ən böyük amnistiyanın elan olunması gözlənilir - Prezidentdən təşəbbüs
Prezident Əliyev Avstraliya Baş nazirinə Sidneydəki terror aktı ilə bağlı başsağlığı verib
Siyasət 15:14
Prezident Əliyev Avstraliya Baş nazirinə Sidneydəki terror aktı ilə bağlı başsağlığı verib
Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib
Siyasət 14:53
Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib
Aida Hüseyn Naxçıvan Ali Məhkəməsinin sədri olub - Sərəncam
Siyasət 14:51
Aida Hüseyn Naxçıvan Ali Məhkəməsinin sədri olub - Sərəncam
Baş nazir Milli Məclisdə hesabat verəcək
Siyasət 14:31
Baş nazir Milli Məclisdə hesabat verəcək
Prezidentin sərəncamı ilə onlara rütbələr verilib
Siyasət 14:16
Prezidentin sərəncamı ilə onlara rütbələr verilib
Mikayıl Cabbarova yeni vəzifə verilib - Sərəncam
Siyasət 13:45
Mikayıl Cabbarova yeni vəzifə verilib - Sərəncam
Prezident fərman imzalayıb
Siyasət 13:20
Prezident fərman imzalayıb
Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Siyasət 09:38
Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol