Paşinyan İlham Əliyevə təşəkkür edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin blokdan çıxarılması ilə bağlı qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.Bu barədə Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxışı zamanı danışıb.
O, regional iqtisadi inteqrasiyanın gücləndirilməsi üçün Aİİ üzv və müşahidəçi ölkələrlə konstruktiv dialoqun vacibliyini vurğulayıb.
“Bu, regionda sülh və sabitliyin formalaşdırılması çərçivəsində əldə olunan əsas nailiyyətlərdəndir,” Paşinyan deyib.
Baş nazir qeyd edib ki, baş verən konstruktiv dəyişikliklər region ölkələri üçün yeni imkanlar yaradır, iqtisadi dayanıqlığın möhkəmlənməsinə və regional kommunikasiya əlaqələrinin genişlənməsinə töhfə verir.
Son xəbərlər
Daha çox