• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Azərbaycanın daha bir ölkədə səfirliyi açıldı

Azərbaycanın daha bir ölkədə səfirliyi açıldı
17.12.2013 18:17
Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilib.XİN-in mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, tədbirdə Vyetnam xarici işlər nazirliyinin və Vyetnam Kommunist Partiyasının rəsmiləri, Milli Assambleyanın, digər dövlət və hökumət qurumlarının üzvləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Sovet İttifaqı dönəmində Azərbaycanın ali təhsil ocaqlarının məzunları, Vyetnamda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.Tədbirdə hər iki ölkənin milli himnləri səsləndirilib. Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov və Vyetnam dövləti adından xarici işlər nazirinin müavini Bui Thanh Son çıxış ediblər.Səfir Anar İmanov qonaqları salamlayıb və Azərbaycanın özündə Qərb və Şərq dəyərlərini birləşdirən ölkə olduğunu və müxtəliflik və tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Həmçinin səfir ölkəmizdə bütün sahələrdə, o cümlədən hüquqi, iqtisadi, sosial, elm, tədris və digər sahələrdə müşahidə olunan inkişafdan, həyata keçirilən demokratik islahatlardan, iri enerji və nəqliyyat layihələrindən bəhs edib. Ölkəmizin digər dövlətlərlə dostluq və sıx əlaqələr qurmağa böyük önəm verdiyini qeyd edən səfir Anar İmanov, Azərbaycan və Vyetnam arasında mövcud əməkdaşlığı buna misal göstərib.O, Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən bəhs edərək, çətin anlarda xalqımızın vyetnamlı dostlarına dayaq olduğunu və dəstək verdiyini, Vyetnam iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sektorunun inkişaf etdirilməsində azərbaycanlı mütəxəssislərin öz bilik və təcrübələrini vyetnamlı həmkarları ilə bölüşdüklərini deyib. Həmçinin bildirib ki, vaxtı ilə çoxsaylı vyetnamlı tələbələrin ölkəmizin ali təhsil ocaqlarını bitirdiklərini söyləyib, bu tarixi dostluq əlaqələrinin bərpası, həmçinin siyasi, iqtisadi, turizm, mədəniyyət, elm sahələri də daxil olmaqla bütün istiqamətlərdə uzunmüddətli əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu vurğulayıb.Səfir çıxışının sonunda Azərbaycan Səfirliyinin hərtərəfli fəaliyyətinə göstərilən dəstəyə görə Vyetnam dövləti, hökuməti və XİN-ə, ö cümlədən müxtəlif struktur və təşkilatlarının nümayəndələrinə minnətdarlığını ifadə edib.Tədbirdə Vyetnam dövləti adından çıxış edən xarici işlər nazirinin müavini Bui Thanh Son Hanoy şəhərində Azərbaycan Səfirliyinin fəaliyyətə başlamasını hər iki ölkə üçün əlamətdar hadisə kimi dəyərləndirib. Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin əsasının 23 iyul 1959-cu il tarixində Vyetnam prezidenti Ho Şi Minin Azərbaycana və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu deyib. Həmçinin bu dövr ərzində çoxlu sayda Vyetnamlı tələbələrin Azərbaycan universitetlərini bitirdiklərini, hazırda onların əksəriyyətinin Vyetnamın dövlət sektorunda və iri şirkətlərində çalışdıqlarını, iki ölkə və xalq arasında dostluq körpüsü rolunu oynadıqlarını bildirib.O, iki ölkə arasında əlaqələrin səmərəli inkişafını qeyd edərək, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu, hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində, sərmayə qoyuluşunda və xalqlar arasında təmasların səmərəliliyinin artırılmasında maraqlı olduqlarını qeyd edib.Sonra tədbir Vyetnam Dövlət Simfonik Orkestrinin üzvlərinin ifasında Azərbaycan, Vyetnam və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran prezidenti Qarabağa gəlir
Siyasət 11:20
İran prezidenti Qarabağa gəlir
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Siyasət 10:38
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol