Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Azərbaycanın xarici borcu aşağı səviyyədədir və Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 6%-ni təşkil edir. Bunu Prezident İlham Əliyev bildirib.
Prezident vurğulayıb ki, valyuta ehtiyatları xarici borcu 16–17 dəfə üstələyir və bu göstərici üzrə Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır.
Dövlət başçısı qeyd edib ki, bütün bu amillər xarici sərmayə üçün əlverişli şərait yaradır.
“Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır və genişmiqyaslı quruculuq işləri aparılır”, - Əliyev deyib.
Prezident əlavə edib ki, xarici şirkətlərin Azərbaycana olan inamı tam əsaslıdır və bu mərasim timsalında da görünür.
Gülnar
Son xəbərlər
Daha çox