• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan: Azərbaycan benzininin idxalı Ermənistanda yanacaq qiymətlərini aşağı salıb

Paşinyan: Azərbaycan benzininin idxalı Ermənistanda yanacaq qiymətlərini aşağı salıb
13.01.2026 15:53

 2025-ci ilin dekabr ayının ortalarından etibarən Azərbaycandan Ermənistana benzin idxalına başlanılması ölkədə yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına səbəb olub. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan Facebook səhifəsində canlı yayım zamanı deyib ki, hazırda Ermənistanda satılan premium benzinin əsas hissəsi Azərbaycandan idxal olunur.

Onun sözlərinə görə, premium benzinin minimum pərakəndə satış qiyməti litri 510 dramdan 430 drama düşərək təxminən 15% azalıb.

Baş nazir bildirib ki, iki gün əvvəl Azərbaycandan dizel yanacağının da idxalına başlanılıb. Bu müddət ərzində dizel yanacağının qiyməti 2%, adi benzinin qiyməti isə dekabr ayı ilə müqayisədə 8% enib.

“Əgər dekabrın 11-də adi benzinin minimum qiyməti 500 dram idisə, hazırda bu göstərici 460 dramdır”, – Paşinyan qeyd edib.

Ermənistanın baş naziri bu dəyişiklikləri “sülh gündəliyinin və sülhün iqtisadi faydalarının nəticəsi” kimi qiymətləndirib.

Paşinyan eyni zamanda həm Ermənistanda, həm də Azərbaycanda bu idxalla bağlı tənqidlərin səsləndiyini etiraf edib.

Onun sözlərinə görə, Ermənistanda bəzi dairələr yanacaq idxalının təhlükəsizlik riskləri yaratdığını iddia edir, Azərbaycanda isə oxşar narahatlıqlar səslənir.

“Bu narahatlıqlar yersizdir. Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub və bu sülh tədricən institusional xarakter alacaq”, –  Paşinyan bildirib.

O əlavə edib ki, xüsusilə Ermənistanda bu tənqidlər uzun illər yanacaq bazarında inhisar mövqeyində olmuş və qiymətlərin enməsindən zərər görən şirkətlər tərəfindən təşviq olunur.

Paşinyanın sözlərinə görə, yeni idxal imkanları həmin inhisarların zəifləməsinə, bazarda rəqabətin artmasına və nəticə etibarilə Ermənistan vətəndaşlarının xeyrinə qiymətlərin azalmasına gətirib çıxaracaq.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol