Kamran Əliyev ABŞ-da imzalanan bəyannamədən danışıb
Azərbaycanla Ermənistan arasında ABŞ-də imzalanan birgə Bəyannamə ölkə suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir. Bunu Baş Prokuror Kamran Əliyev bildirib.
O, qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimində vurğulayıb ki, avqustun 8-də ABŞ-də Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunmasında həlledici mərhələ olub.
Görüş nəticəsində imzalanan Birgə Bəyannamə və “Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması Azərbaycanın prinsipial mövqeyini bir daha təsdiqləyir.
Gülnar
Son xəbərlər
Daha çox