Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Regionda və dünyada baş verən gərgin proseslər fonunda Azərbaycan rəhbərliyinin yürüdüyü siyasətin doğruluğu daha aydın görünür. Bunu Milli Məclisin deputatı Hicran Hüseynova bildirib.
Deputatın sözlərinə görə, mövcud hadisələrin insanların həyatına mənfi təsirləri müşahidə olunur və bu şəraitdə Azərbaycan sülhə doğru ardıcıl addımlar atır.
“Baş verən proseslər göstərir ki, Prezident İlham Əliyevin siyasəti düzgün və uzaqgörəndir. Azərbaycan bu gün sülhə doğru irəliləyir”, – Hüseynova qeyd edib.
O vurğulayıb ki, Qarabağa yalnız əhali deyil, eyni zamanda tarixi ədalət də qayıdır, bu isə ölkənin uzunmüddətli strategiyasının əsas nəticələrindən biridir.
Hüseynova bildirib ki, yeni çağırışlar fonunda Azərbaycan daha da güclənməlidir, çünki ölkə mürəkkəb geosiyasi regionda və çətin qonşuluq mühitində yerləşir.
Gülnar Nazimqızı