Siyasi partiyaların vəziyyəti ilə bağlı ictimai dinləmə keçiriləcək
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ictimai birliklərin, siyasi partiyaların və dini abidələrin mövcud vəziyyəti ilə bağlıi ctimai dinləmələr keçirməyi planlaşdırır. Bu barədə komitə sədri Fazil Mustafa deyib.
Fazil Mustafa bildirib ki, dinləmələr çərçivəsində ictimai institutların fəaliyyəti, hüquqi tənzimlənməsi, mövcud problemlər və inkişaf perspektivləri müzakirə olunacaq.
Onun sözlərinə görə, dinləmələrdə ictimai birliklərin və siyasi partiyaların fəaliyyət mühiti, habelə dini abidələrin qorunması və idarə olunması sahəsində mövcud vəziyyət diqqət mərkəzində olacaq. Müzakirələr zamanı aidiyyəti dövlət qurumlarının və mütəxəssislərin rəylərinin dinlənilməsi də nəzərdə tutulur.
Gülnar Nazimqızı