• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

İsrail Azərbaycana investisiya qoymaq istəyir - İsrailin XİN naziri

İsrail Azərbaycana investisiya qoymaq istəyir - İsrailin XİN naziri
26.01.2026 13:23

 Azərbaycan və İsrail arasında strateji münasibətlər hər iki ölkə üçün iqtisadi baxımdan qarşılıqlı fayda yaradır. Bunu İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət əlaqələri artıb və ötən il təxminən 60 min israilli turist Azərbaycana səfər edib.

“İnanıram ki, 2026-cı ildə bu göstəricilər daha da yüksələcək”, –  Saar bildirib.

Nazir qeyd edib ki, İsrail kibertəhlükəsizlik və kənd təsərrüfatı sahələrində öz təcrübəsini Azərbaycanla bölüşməkdə maraqlıdır və ölkəyə investisiya yatırmaq niyyətindədir.

Saar vurğulayıb ki, yəhudi icması Azərbaycanda tarixən sülh və təhlükəsizlik şəraitində yaşayıb və bu, iki ölkə arasında münasibətlərin xüsusi xarakterini göstərir.

İranla bağlı danışan İsrail XİN rəhbəri bildirib ki, 6 oktyabr tarixində Tehranın İsrailə qarşı təzyiqləri müşahidə olunub. 

Onun sözlərinə görə, İran daxilində əhaliyə qarşı zorakılıq hallarının və genişmiqyaslı repressiyaların baş verdiyi şəraitdə bu ölkənin digər dövlətlərə münasibətinin necə ola biləcəyi sual doğurur.

“İsrail cəmiyyəti Azərbaycanın dostluğuna inanır və bu münasibətləri yüksək qiymətləndirir”, –  Saar əlavə edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyib
Siyasət 14:01
Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyib
İsrail Azərbaycana investisiya qoymaq istəyir - İsrailin XİN naziri
Siyasət 13:23
İsrail Azərbaycana investisiya qoymaq istəyir - İsrailin XİN naziri
Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir
Siyasət 13:12
Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir
Bayramovun israilli həmkarı ilə görüşü başlayıb
Siyasət 12:06
Bayramovun israilli həmkarı ilə görüşü başlayıb
Prezident İsrail XİN rəhbərini qəbul edib - Fotolar
Siyasət 10:41
Prezident İsrail XİN rəhbərini qəbul edib - Fotolar
Daşaltı əməliyyatından 34 il ötür
Siyasət 00:22
Daşaltı əməliyyatından 34 il ötür
Sahibə Qafarova Bəhreyndə daha bir görüş keçirdi
Siyasət 21:53
Sahibə Qafarova Bəhreyndə daha bir görüş keçirdi
Sahibə Qafarova bəhreynli həmkarı ilə görüşüb
Siyasət 20:18
Sahibə Qafarova bəhreynli həmkarı ilə görüşüb
Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib
Siyasət 10:05
Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol