• $ 1.7
  • € 2.012
  • ₽ 0.022055
  • ₺ 0.0391
  • £ 2.3318

Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Rusiyaya nota verib
06.02.2026 18:25

6 fevral 2026-cı il tarixində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin Azərbaycanda Ermənistan vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Zatulinin uzun müddətdir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.

Görüşdə, Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Saleh Məmmədov vəzifəsindən azad edilib -Sərəncam
Siyasət 19:32
Saleh Məmmədov vəzifəsindən azad edilib -Sərəncam
Azərbaycan Rusiyaya nota verib
Siyasət 18:25
Azərbaycan Rusiyaya nota verib
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Siyasət 10:11
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Siyasət 18:00
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Siyasət 17:14
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Siyasət 15:56
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Siyasət 15:33
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
В Хачмазе при столкновении поезда с автомобилем погиб водитель
Siyasət 14:00
В Хачмазе при столкновении поезда с автомобилем погиб водитель
Nazir Çinlə münasibətlərdən danışıb
Siyasət 13:50
Nazir Çinlə münasibətlərdən danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol