• $
  • €
  • ₽
  • ₺
  • £

Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib

Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
05.02.2026 15:56

Bakı Hərbi Məhkəməsində davam edən Ermənistan vətəndaşları barəsində məhkəmə prosesi çərçivəsində təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən  Melikset Paşayan — 19 il, Qarik Martirosyan — 18 il, Davit Allahverdiyean — 16 il, Levon Balayan — 16 il, Vasili Beqlaryan — 15 il, Qurgen Stepanyan — 15 il, Erik Qazaryan — 15 il müddətinə azadlıqdan məhrum edilib.

14:23

Xocalı Soyqırımında iştirak etdiyini təsdiqləmiş təqsirləndirilən Madat Babayan qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

13:40

Bakı Hərbi Məhkəməsində davam edən Ermənistan vətəndaşlarının sülh və insanlıq əleyhinə, müharibə cinayətləri üzrə məhkəmə prosesi çərçivəsində Arkadi Qukasyan və Bako Sahakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Hər iki təqsirləndirilən ömürlük azadlıqdan məhrumetmə növündə cinayətlər üzrə ittiham olunmasına baxmayaraq, məhkəmə qərarına əsasən hər iki şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq onlara ömürlük həbs cəzası təyin edilə bilməzdi. Dövlət ittihamını müdafiə edən prokurorlar hər iki şəxsin 20 il həbs olunmasını tövsiyə etmişdilər.

13:06

Bakı Hərbi Məhkəməsində davam edən Ermənistan vətəndaşlarının sülh və insanlıq əleyhinə, müharibə cinayətləri üzrə məhkəmə prosesi çərçivəsində Levon Mnatsakanyan və David Manukyan qəti olaraq ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər.

Eyni zamanda təqsirləndirilən şəxs Davit İşxanyan və  David Babayan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Dövlət ittihamını müdafiə edən prokurorlar hər üç təqsirləndirilən üçün ömürlük həbs tövsiyə etmişdilər.

Proses Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədildiyi sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını pozma, terrorçuluq və hakimiyyəti zorla ələ keçirmə kimi ittihamları əhatə edir.

Məhkəmə prosesi digər təqsirləndirilən şəxslərin hökmünün oxunması ilə davam etdirilir.

İştirakçılar arasında təqsirləndirilənlər, onların müdafiəçiləri, zərərçəkmişlər və hüquqi nümayəndələr, habelə dövlət ittihamını müdafiə edən prokurorlar var.

Aytac Zeyanalova 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol