Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır.Bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar “X” sosial platformasında yazıb.
O, Azərbaycan Xarici İşlər Nazirliyinin İslamabadda baş verən terror aktı ilə bağlı başsağlığı mesajına cavab olaraq bu fikirləri bölüşüb.
Bu gün Pakistanın paytaxtı İslamabadda yerləşən Şiə məscidində partlayış törədilib. Hadisə nəticəsində ən azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.