• $
  • £

Lockheed Martin MC-130J Commando II Bakıya niyə gəlib?

Lockheed Martin MC-130J Commando II Bakıya niyə gəlib?
09.02.2026 16:02

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı 20 hərbi-nəqliyyat təyyarəsi ABŞ-ın vitse-prezidenti Cey Di Vensin regiona səfəri ərəfəsində Ermənistan və Azərbaycana eniş edib. Bu barədə Flightradar məlumatları göstərir.

Müşahidələrə əsasən, uçuşların böyük hissəsi fevralın 4–8-i tarixlərində həyata keçirilib. ABŞ-a məxsus 12 hərbi-nəqliyyat təyyarəsi Ermənistana, 9 təyyarə isə Azərbaycana gəlib. Təyyarələr əsasən ABŞ bazalarından havaya qalxaraq Almaniyadakı Ramştayn aviabazasında yanacaq doldurub.

Reyslərin əksəriyyəti 77,5 tona qədər yük daşımaq imkanına malik Boeing C‑17A Globemaster III təyyarələri ilə həyata keçirilib.

Bundan əlavə, ABŞ HHQ-nin xüsusi əməliyyat qüvvələri üçün nəzərdə tutulmuş Lockheed Martin MC‑130J Commando II təyyarəsinin də Yerevan və Bakıya uçuşları qeydə alınıb. Daha iki oxşar reys Gürcüstana edilib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens 9–10 fevral tarixlərində rəsmi səfərlə Ermənistanda olacaq. Bu gün onun Ermənistanın baş naziri **Nikol Paşinyan**la görüşü planlaşdırılır. Daha sonra Vensin 10–11 fevral tarixlərində Azərbaycana səfəri gözlənilir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Siyasət 12:38
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Siyasət 10:21
Prezident Naxçıvan yolları ilə bağlı sərəncam imzalayıb
Prezident sərəncam imzalayıb
Siyasət 10:12
Prezident sərəncam imzalayıb
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Siyasət 23:00
İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 22:58
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Siyasət 22:37
İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
Siyasət 22:30
Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
Prezident Azərbaycan Televiziyasına müsahibə verib
Siyasət 22:24
Prezident Azərbaycan Televiziyasına müsahibə verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol