• $
  • £

Ruben Vardanyana hökm oxunacaq - Yenilənəcək

Ruben Vardanyana hökm oxunacaq - Yenilənəcək
10.02.2026 15:54

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə fevralın 10-da davam etdirilən məhkəmə prosesində söz müdafiə tərəfinə verilib.

Müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən R.Vardanyanın son söz çıxışından sonra sədrlik edən Zeynal Ağayev tərəflərə (ittiham və müdafiə tərəfi) müraciət edərək, məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib-etməyəcəklərini soruşub.

Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər.

Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib.

Müşavirədən qayıtdıqdan sonra məhkəmənin yekun qərarı elan olunacaq.

 

12:15

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır cinayətlər maddələri üzrə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan-ın cinayət işi üzrə məhkəmə prosesi 10 fevral tarixində davam etdirilib.

Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət adından zərərçəkmiş qismində çıxış edən Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov ittiham aktında əks olunan bütün faktlar və sübutlarla razı olduğunu bildirib və bunun nəzərə alınmasını xahiş edib.

Zərərçəkmiş şəxslərin hüquqi varisləri — Azad Kərimov, Oqtay Şıxəliyev və digərləri təqsirləndirilənin ən ağır cəzaya, ömürlük həbsə məhkum edilməsini tələb ediblər.

Təqsirləndirilən şəxs Vardanyan müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirərək vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və prosesi fasiləyə verib. Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol