İsrail, İsveç və İtaliya səfirlikləri Xocalı faciəsi ilə bağlı başsağlığı verib
Xarici ölkələrin Bakıdakı diplomatik nümayəndəlikləri Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı veriblər.
İsrailin Bakıdakı səfirliyinin “X” sosial media hesabında yayılan paylaşımda Azərbaycan xalqına və faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verildiyi bildirilib. Diplomatik nümayəndəlik həyatını itirən günahsız insanların xatirəsinin ehtiramla yad edildiyini və zərər çəkənlərə dərin rəğbət ifadə olunduğunu qeyd edib.
İsveçin Bakıdakı səfirliyi də Facebook səhifəsində paylaşım edərək Xocalı faciəsinin ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verdiyini açıqlayıb.
İtaliyanın Bakıdakı səfirliyi isə sosial şəbəkədəki paylaşımında 1992-ci il Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdiyini və Azərbaycan xalqının hüznünü bölüşdüyünü bildirib.
Gülnar