Daha 3 səfirlik Azərbaycana başsağlığı verib
Türkiyə, ABŞ və Polşanın Azərbaycandakı səfirlikləri Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Türkiyənin səfiri Birol Akgün bildirib ki, "Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik".
ABŞ səfirliyi paylaşımında həlak olanların ailələrinə "ən səmimi və dərin hüznlə başsağlığı" verildiyini açıqlayıb. Səfirlik həmçinin insan ləyaqətinin qorunması və gələcək nəsillər üçün davamlı sülhün vacibliyini vurğulayıb.
Polşa səfirliyi isə qurbanları yad edərək "tarixi yaddaşın qorunması və sülhün təşviqi baxımından mühüm əhəmiyyət" daşıdığını bildirib.
Diplomatik missiyaların paylaşımı Xocalı faciəsinin xatirəsinin yad olunması və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsi baxımından əhəmiyyətlidir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox