• $
  • £

Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib

Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
04.03.2026 21:23

Bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı təxliyyə olunub.Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşların təxliyyəsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

XİN rəsmisi qeyd edib ki,indiyə qədər, bir nəfər istisna olmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb.

O, bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən vətəndaşların müntəzəm reyslərlə ölkəmizə qayıdışı BƏƏ-nin aidiyyəti hava yolları tərəfindən həyata keçirilir. Dünən ümumilikdə 257 nəfər Azərbaycan vətəndaşı geri qayıdıb. Dubay şəhərindən bu gün 1, 5 mart tarixində isə 2 müntəzəm təyyarə reysi nəzərdə tutulub. 

Hacızadə əlavə edib ki, Qətərdə olan təxminən 200 vətəndaşın təxliyəsi üçün xüsusi reysin təşkili üzərində iş gedir, lakin Qətər hava məkanının bağlı olması səbəbindən onların əvvəlcə Səudiyyə Ərəbistanı vasitəsilə çıxarılması nəzərdə tutulur.

XİN-in səyahət xəbərdarlığına istinadən, İran ərazisində olan azərbaycanlılar üçün İran-Azərbaycan və İran-Türkiyə quru sərhədlərindən istifadə olunur. İndiyədək 260 vətəndaş Azərbaycan sərhədindən keçib.

Nazirlik vətəndaşlardan təhlükəsizlik vəziyyətini diqqətlə izləməyi və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməyi xahiş edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Siyasət 18:35
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 18:28
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:04
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Nazir Hindistanın yeni səfirini qəbul edib
Siyasət 17:19
Nazir Hindistanın yeni səfirini qəbul edib
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol