• $
  • £

Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib

Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
05.03.2026 14:36

İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına endirdiyi zərbələrə beynəlxalq reaksiyalar davam edir. Ukrayna, Səudiyyə Ərəbistanı və Qətər bu hücumları pisləyərək Azərbaycana dəstək ifadə edib.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib ki, ölkəsinin Bakıdakı səfirliyi İran dronlarının Naxçıvan ərazisinə hücumu barədə məlumatları diqqətlə izləyir.

“Biz Azərbaycana dəstəyimizi və həmrəyliyimizi ifadə edir, qlobal təhlükəsizliyi sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün hamını birləşməyə çağırırıq”, – səfir qeyd edib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də İranın Azərbaycana pilotsuz uçuş aparatları ilə zərbələrini pisləyib.

Qətər Xarici İşlər Nazirliyi isə bəyanatında İranın Naxçıvan beynəlxalq hava limanına PUA zərbələrini və Türkiyəyə ballistik raketlə hücum cəhdini qətiyyətlə pislədiyini bildirib.

Bəyanatda qeyd olunub ki, bu cür addımlar təhlükəli eskalasiya, dövlətlərin suverenliyinin kobud şəkildə pozulması və regionun təhlükəsizliyi ilə sabitliyinə birbaşa təhdiddir.

Qətər tərəfi İranı regionda yeni gərginlik ocaqları yaratmaqdan çəkinməyə, beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə riayət etməyə çağırıb. Nazirlik həmçinin Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu və onların suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü tədbirləri dəstəklədiyini vurğulayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Siyasət 18:35
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 18:28
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:04
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Nazir Hindistanın yeni səfirini qəbul edib
Siyasət 17:19
Nazir Hindistanın yeni səfirini qəbul edib
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol