• $
  • £

Azərbaycan müharibə zonasında deyil, İran təxribatı cavabsız qalmayacaq – Şərh

Azərbaycan müharibə zonasında deyil, İran təxribatı cavabsız qalmayacaq – Şərh
05.03.2026 17:14

Martın 5-də İranın silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. 

Hadisə nəticəsində 4 mülki vətəndaş xəsarət alıb. 

Siyasi şərhçi Elxan Şahinoğlu bildirir ki,  Azərbaycan müharibə zonasında yerləşmir ki, səhvən iki dəfə raket atılsın.

"Prezident İlham Əliyev təcili Təhlükəsizlik Şurası ilə  iclas keçirib. Lazımı bütün mesajlar İranın ünvanına çatdırıblar. Yenə bu təxribat baş verərsə, İrana baha başa gələcək. Səhv olduğu deyilir. Amma bu səhv deyil.  Azərbaycan müharibə zonasında yerləşmir ki, səhvən iki dəfə raket atılsın. SEPAH telegram kanallarında Azərbaycan əleyhinə xəbərlər yayırlar. Belə çıxır ki, İran Azərbaycanla gərginlik yolunu seçir. Amma bu heç də düzgün yol deyil. Azərbaycan müharibəyə dəstək vermir. Amma buna baxmayaraq İran bizi də oyuna qatmaq istəyir. İran indiki zamanda tərəfdaşa ehtiyac olduğu halda, əksinə qonşuları da özündən uzaqlaşdırır. Bu İran ətrafında vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq",- siyasətçi bildirib.

Milli məclisin deputatı  Aydın Mirzəzadə bildirir ki, bu çox təhlükəli təxribatdır.

"Bu gün iranda baş verənlər Azərbaycanı zəiflətməkdir. Azərbaycanın dinc şəraitini pozmaqdır. Bu gün İlham Əliyevdə qeyd etdi ki,  biz İrana qarşı olan əməliyyatda iştirak etməyəcəyik. Ancaq bununla belə İranın Azərbaycana qarşı hərəkətinə çox sərt cavab veriləcək. Azərbaycan öz suverenliyini qoruya bilər. Azərbaycan heç bir halda İranın Azərbaycana qarşı təxribatları cavabsız qalmayacaq",- deputat vurğulayıb.

Baş verən hadisədən sonra ölkə başçısı təcili Təhlükəsizlik Şurasının iclası keçirilib. Əliyev bildirib ki, İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumu fonunda ölkənin təhlükəsizlik qurumları yüksək hazırlıq vəziyyətinə gətirilib. Prezident vurğulayıb ki, ölkənin təhlükəsizliyinə yönələn hər hansı təhdidə qarşı qətiyyətli cavab veriləcək.

Eyni zamanda İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycan televiziyalarından birinə müahibəsində faktı təkzib edib.

Baş verən hadisəyə görə Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuşlar müvəqqəti dayandırılıb.

Azərbaycan Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib.

Naxçıvanda baş verən hadisəyə görə bir çox ölkələr İranın bu hərəkətini qətiyyə pisləyib və Azərbaycana yaxın olan ölkə rəhbərləri prezident İlham Əliyevə dəstək üçün zəng ediblər. 

Aytac Zeynalova

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Siyasət 20:19
Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət 19:40
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana PUA hücumunu müzakirə edib
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol