• $
  • £

Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər

Latviya və BƏƏ liderləri İranın Azərbaycana PUA hücumunu pisləyiblər
05.03.2026 20:19

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu bildirib, hücum nəticəsində yaralananların tezliklə sağalmasını arzulayıb.
Prezident İlham Əliyev göstərilən dəstəyə görə Latviya liderinə təşəkkür edib.

Söhbət zamanı tərəflər Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da martın 5-də İlham Əliyevə telefonla zəng edib.

BƏƏ Prezidenti İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib və hadisə nəticəsində yaralananlara şəfa diləyib.
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın BƏƏ-yə raket və pilotsuz uçuş aparatları ilə hücumları zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bir daha ifadə edib.

Prezident İlham Əliyev də öz növbəsində İranın BƏƏ-yə raket və pilotsuz uçuş aparatları ilə hücumlarını bir daha pisləyib və Azərbaycanın BƏƏ ilə həmrəy olduğunu vurğulayıb.

Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Siyasət 18:35
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 18:28
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:04
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Nazir Hindistanın yeni səfirini qəbul edib
Siyasət 17:19
Nazir Hindistanın yeni səfirini qəbul edib
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol