• $
  • £

Mirziyoyev Prezidentə zəng etdi

Mirziyoyev Prezidentə zəng etdi
05.03.2026 21:10

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib.

Dövlət başçısı baş vermiş hadisə ilə bağlı məlumat verərək, hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.

Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Hər iki dövlət başçısı Azərbaycanın və Özbəkistanın bundan sonra da daim bir-birini dəstəkləyəcəyini bir daha təsdiq ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Siyasət 18:35
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 18:28
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:04
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Nazir Hindistanın yeni səfirini qəbul edib
Siyasət 17:19
Nazir Hindistanın yeni səfirini qəbul edib
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol