Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
İranın Naxçıvana dron hücumunu ilə bağlı bir çox ölkələrin rəhbərləri telefon zəngləri ilə Azərbaycan Prezidentinə dəstək və narahatlıqlarını ifadə ediblər. Lakin Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Pezeşkian nə İlham Əliyevə zəng etməyib , nə də məsələyə münasibət bildirməyiblər.
Maraqlıdır Milli Məclisin deputatları bu durumu necə şərh edir?
Deputat Cavanşir Paşazadə hesab edir ki, İran Prezidenti Pezeşkianın elə bir üzü qalmayıb ki, zəng etsin.
"İran tərəfi Azərbaycandan üzr istəməlidir. Pezeşkian da üz olmalıdır ki, zəng etsin. Rusiyanın zəng etməməsi isə onun daxilinin bu siyasətə necə baxmasından irəli gəlir. Rusiyanın Ukrayna ilə apardığı müharibə onu göstərir ki, regionda sabitliyi istəməyən ölkələrdən biridir. Ola bilsin ki, İranı dəstəkləyərək, onu haqlı sayır"- deputat bildirib.
Deputat Hikmət Məmmədov hesab edir ki, İran Naxçıvana zərbə endirməklə necə bir ölkə olduğunu təsdiq etdi.
"İran rejiminin mahiyyəti bu hücumdan sonra bilindi. Bir gündə 3000-dən çox öz vətəndaşını öldürə bilirsə, o şəkildə də qonşu ölkələrin mülki obyetklərinə hücum edə bilərlər. Bu İranın siyasi tarixində ləkə olaraq qalacaq. Azərbaycanın beynəlxaq nüfuzuna görə, ölkəyə dost olan nümayəndələr və prezidentlər münasibət bildiriblər. Hətta Ermənistanın xarici işlər naziri də məsələyə münasibət bildirdi. Amma təssüf ki, Rusiya tərəfindən belə bir addımı görmədik. Bu gözlənilən idi. Bizim xalqımızın böyük hissəsi fars rejiminin əsarəti halında yaşayırlar. Bütün hallarda Azərbaycanın Rusiyaya olan həsas münasibəti konteksində əlbətdəki Rusiyadan da zəng gəlməli idi. Bu gün Pezeşkian hər şeydın təcrid olunub. İstəsə belə, zəng edə bilməzdi. Ya da zəng edəcəyi təqdirdə İranın xarici işlər naziri Abbas Əraqçının yalanını işfa etməli olacaqdı. Ona görə də biz təcili olaraq, bu cinayəti törədənlərin cəza çəkməsinə fokuslanmalıyıq",- o bildirib.
Millət vəkli Elçin Mirzəbəylinin sözlərinə görə, Naxçıvana hücumdan bir gün öncə qonşu ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslədiyini bəyan edən dövlətin başçısı heç bir məntiqlə Azərbaycana zəng edə bilməzdi.
"İranda baş verən prosesləri, daxildə baş verən hadisələri fərqli qiymətləndirmək lazımdır. Ola bilsin ki, Naxçıvana hücum məqsədyönlü xarakter daşıyır. Hazırda Ukraynada işğalçı siyasət yürüdən və dövlətlərin ərazi bütövlüyünə münasibətdə aqressiv siyasət yürüdən dövlət başçısının bu hərəkəti gözlənilən idi. Bu mövzuda Azərbaycana zəng etməyi prinsip baxımdan indiki halda inandırıcı görsənmir. Əslində bu kimi hadisələrin baş verməsi, dolayısı yolla təqdir olunur. Rusiya mediasında bu hadisə ilə bağlı təhrik edici məqamlar yer alırdı. Rusiyanın Cənubi Qafqazda faktiki olaraq mövcudluğunun minuma enməsi onlar üçün təhlükə hesab olunur. Bu baxımdan Rusiya resursları baş verən hadisələri Rusiyanın təsir dairəsinin azalması ilə əlaqələndirirlər. İndiki şəraitdə Rusiyanın bu məsələyə reaksiyası düşünürəm ki, reallığın nəticəsi kimi qiymətləndirmək olar",- o bildirib.
Deputat Elman Nəsirov bildirir ki, İran Azərbaycana zəng etməli olan ilk ölkələrdən olmalı idi.
"İndiyə qədər nə İran prezidenti Pezeşkian nə də, Rusiya prezidenti zəng etməyib. Hesab edirəm ki, Pezeşkian ilk növbədə zəng etməli idi. Əsaslandıra bilər ki, döyüşlər gedir bu baxından yubanır. Hadisələrin gedişatı göstərir ki, bu gün İranda hakimiyyətin müxtəlif qanadları arasında heç bir koordinasiya yoxdur. SEPAH-da bildirib ki, bu Azərbaycana xəbərdarlıq idi. Belə olan vəziyyətdə doğrudanmı İran prezidentinə icazə vermirlər zəng etməyə? Əgər belədirsə, bu çox pis əlamətdir. İran prezidentinə Azərbaycanda böyük etimad var. Obyektiv ədalətli prezident kimi tanıyırlar. İran prezidenti bu motivlərə cavab verməlidir",- o vurğulayıb.
Nəsirovun sözlərinə görə, Putinin zəng edəcəyi ehtimalını aşağıdır.
"Rusiya və Azərbaycanın iki tərəfli münasibətlərimiz özünün yaxşı olmayan dövrünü yaşayır. Rusiya telekallarında anti-Azərbaycan təbliğatı geniş yayılıb. Putinin zəngi olarsa, iki tərəfli münasibətlərə yaxşı təsir göstərər. Həm də məlum terror aktına reaksiyası nöqteyi-nəzərdən müsbət olardı. Amma ehtimallar azdır. Söhbət terrordan gedirsə, istənilən dövlətin başına gələr. Belə olan vəziyyətdə terror məsələsinə susqunluq qəbuledilməzdir",- o əlavə edib.
Deputat Azər Badamov vurğulayıb ki, Naxçıvana edilmiş dron hücumu ilə bağlı bir sıra dövlət başçılarının İlham Əliyevə telefon əlaqəsi saxlayaraq münasibət bildirməsi, belə halların qəbuledilməz olduğunu bildirərək mənəvi dəstəklərini nümayiş etdirməsi ölkələr arası münasibətlərin göstəricisi və dost yanaşmasıdır.
"Təəssüf ki, Iran prezidenti Məsud Pezişkian və Rusiya prezidenti tərəfindən məsələyə münasibət bildirilmədi. Pezeşkianın zəng etməməsi və Putinin susması çox güman ki, diplomatik hesablama ilə bağlı ola bilər. Bu, bəzən dövlətlərin məsuliyyət qəbul etməmək və ya tərəf tutmamaq üçün istifadə etdiyi klassik taktika sayılır. Amma İran prezidenti dünyanı narahat edən bu məsələ ilə bağlı ən azından dərhal telefon əlaqəsi yaradaraq dövlət başçımızla müzakirə etməli idi. Əgər İran prezidentinin belə bir zəngi dərhal olsaydı ola bilısin ki, ölkəlrimizarası gərginlik bu qədər pik həddə çatmazdı.",o vur]ulayıb.
Deputatlarla yanaşı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, İran hər hansı bir formada zəng edib vəziyyəti izah edə bilərdi.
"İran Prezidenti Pezeşkian zəng edərək, hər hansısa bir səhv və ya başqa forma izah edə bilərdi. Yəni həll edici bir şərh olmalı idi. Təssüflər olsun ki, indiyədək, biz rəsmi cavab gözləməkdəyik. Rəsmi cavab bir çox suallara aydınlıq gətirəcək. Rusiyaya gəldikcə isə bu fərqli bir mövzudur. Onların Azərbaycana qarşı bir ilə yaxlndır ki, yürütdüyü siyasət strateji tərəfdaşlıq məhfumdan uzaqdır. Biz bunu Azərbaycan təyyarəsinin vulmasında gördük. Azərbaycan diaspora aid olan, hətta Rusiya qaydalarına uzaq olan davranışları gördük. Yəni bu həmin xətrlərin davamıdır. Dövlət başçısı dönüş yaratmaq istəyirsə, mütləq ki, zəng etməlidir. Öz maraqlarını müsbət mənada göstərməli idi",- Zülfüqarov bildirib.
Martın 5-də İranın silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb.
Hadisə nəticəsində 4 mülki vətəndaş xəsarət alıb.
Bir çox ölkə prezidentləri İlham Əliyevə zəng edərək dəstəklərini ifadə ediblər. İran və Rusiya prezidenti hələ də nə bir açıqlama nə də narahatlıqla bağlı ölkə başçısına zəng etməyiblər.
Prezident İlham Əliyevin tapşırığına əsasən həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluq üçün evakuasiya tapşırıqları verilib.
Baş verən hadisədən sonra ölkə başçısı təcili Təhlükəsizlik Şurasının iclası keçirilib. Əliyev bildirib ki, İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumu fonunda ölkənin təhlükəsizlik qurumları yüksək hazırlıq vəziyyətinə gətirilib. Prezident vurğulayıb ki, ölkənin təhlükəsizliyinə yönələn hər hansı təhdidə qarşı qətiyyətli cavab veriləcək.
Eyni zamanda İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycan televiziyalarından birinə müahibəsində faktı təkzib edib.
Baş verən hadisəyə görə Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuşlar müvəqqəti dayandırılıb.
Azərbaycan Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib.
Gülnar Nazimqızı
Aytac Zeynalova