Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Prezident İlham Əliyevin tapşırığına əsasən həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluq üçün evakuasiya tapşırıqları verilib və icra səviyyəsindədir. Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib.
Nazir vurğulayıb ki, insanlarımızın həyatı risk altında ola bilməz və bundan sonra proseslər diqqətlə izlənəcək.
O qeyd edib ki, rəsmi Bakı İran tərəfinin aparacağı araşdırmanın nəticələrini gözləyir.
Gülnar Nazimqızı