Prezident albaniyalı həmkarı ilə danışdı
Albaniya Prezidenti Bayram Beqay martın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Naxçıvana hücumunu qınadığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı ölkələr arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrin inkişafına verdiyi töhfəyə toxunulub.
Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Son xəbərlər
Daha çox