• $
  • £

Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib

Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
07.03.2026 22:56

Azərbaycan Respublikasının nümayəndə heyəti martın 5-də heyəti Kot-d’İvuar Respublikasının Abican şəhərində səfərdə olub.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi heyətinə nazir müavini Yalçın Rəfiyev, SOCAR heyətinə isə qurumun prezidenti Rövşən Nəcəf rəhbərlik edib.

Səfər çərçivəsində Rəfiyev ilə Kot-d’İvuarın Xarici İşlər, Afrika inteqrasiyası və diaspora naziri Niale Kaba arasında təkbətək görüş keçirilib.

Görüşdə Azərbaycanla Kot-d’İvuar arasında münasibətlərin tərəfdaşlıq ruhunda inkişaf etdiyi, ölkələr arasında çoxtərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib.

Daha sonra iki ölkənin xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr baş tutub. Nazir müavinlərinin rəhbərliyi ilə keçirilən məsləhətləşmələrdə hər iki ölkənin müvafiq səfirləri və nümayəndələri iştirak edib.

Siyasi məsləhətləşmələr zamanı beynəlxalq platformalar çərçivəsində səmərəli və konstruktiv münasibətlərə istinad edilərək, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkələr arasında inkişaf edən siyasi münasibətlərin iqtisadi, enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və humanitar-mədəni sahələrdə səmərəli əməkdaşlığın gücləndirilməsi üçün əlverişli əsas yaratdığı qeyd olunub.

Səfər zamanı SOCAR Prezidentinin Kot-d'İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d'İvuarın milli neft şirkəti olan "PetroCI"nin rəhbər heyəti ilə görüşləri keçirilib. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol