Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
31 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Maksim Prevo arasında telefon danışığı baş tutub.Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər bölgədəki hərbi eskalasiyadan dərin narahatlıqlarını bildirib, münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıb,Azərbaycan və Belçika arasındakı münasibətlər, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Maksim Prevo Belçika vətəndaşlarının İrandan təxliyəsi üçün yaradılan şəraitə görə Azərbaycana təşəkkür edib və İran ərazisindən Naxçıvan istiqamətinə edilən dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib.
Bayramov həmkarını bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.