Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Qırğızıstan Baş naziri Adılbek Kasıməliyev Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Kasıməliyev aprelin 2-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək.