Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Enerji sahəsində əməkdaşlıq ölkənin gündəliyinin mühüm istiqamətlərindəndir. Bunu baş naziri Əli Əsədov bildirib.
O vurğulayıb ki, Azərbaycan uzun illər enerji təhlükəsizliyinə etibarlı töhfə verən ölkə kimi tanınır və qaz ixrac etdiyi ölkələrin sayı artıq 16-ya çatıb, bu göstərici ilə ölkə boru kəmərləri ilə qaz ixrac edən dövlətlər arasında dünya lideridir.
Əsədov qeyd edib ki, Azərbaycanın enerji siyasəti yalnız karbohidrogen resursları ilə məhdudlaşmır, ölkə yaşıl enerji gündəliyini təşviq edir və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir.
O həmçinin Azərbaycanın, Özbəkistan və Qazaxıstanın bərpa olunan enerji potensialından istifadə etməklə regionlararası əlaqələrin genişləndirilməsini əsas prioritetlərdən biri hesab etdiyini bildirib və Qırğızıstanın Avropaya yaşıl enerji ixracına qoşulmaq niyyətini alqışlayıb.
Aytac Zeynalova