İlham Əliyev Qırğızıstana səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfər edəcəyi gözlənilir. Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev aprelin 2-də Bakıda dövlət başçısının qəbulunda bildirib.
Kasımaliyev qeyd edib ki, Qırğızıstan Azərbaycanla qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə böyük önəm verir və gözlənilən dövlət səfərini “tarixi” kimi dəyərləndirib.
O əlavə edib ki, tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiqdir və ticarət, nəqliyyat və logistika sahələrində layihələrin inkişafı ölkələrin dayanıqlı inkişafına töhfə verəcək.