• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov Kambocalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Əli Əsədov Kambocalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
14.10.2026 18:04

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 14-də ölkədə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetlə görüşüb.Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Hun Manetin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacağı bildirilib.

Tərəflər Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünün əhəmiyyətini qeyd ediblər.

Azərbaycan və Kamboca arasında siyasi dialoqun, çoxtərəfli platformalarda əməkdaşlığın, eləcə də parlamentlərarası və partiyalararası əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Görüşdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, nəqliyyat-logistika, minatəmizləmə, dövlət xidmətləri, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri Bakıda - Yenilənib
Siyasət 18:30
Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri Bakıda - Yenilənib
Əli Əsədov Kambocalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Siyasət 18:04
Əli Əsədov Kambocalı həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Baxçalı: Türkiyə və Azərbaycan arasında nifaq toxumlarının səpilməsinə yol verilməməlidir
Siyasət 16:59
Baxçalı: Türkiyə və Azərbaycan arasında nifaq toxumlarının səpilməsinə yol verilməməlidir
İsrailin prezidenti Azərbaycandadır
Siyasət 16:23
İsrailin prezidenti Azərbaycandadır
Hakan Fidan Azərbaycana səfər edəcək
Siyasət 14:54
Hakan Fidan Azərbaycana səfər edəcək
Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir
Siyasət 14:37
Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir
Azərbaycan Fransa xarici işlər nazirinin ittihamlarını pisləyib
Siyasət 13:59
Azərbaycan Fransa xarici işlər nazirinin ittihamlarını pisləyib
Qarabağ və Şərqi Zəngəzurda 100 minə yaxın insan yaşayır - Əliyev
Siyasət 10:34
Qarabağ və Şərqi Zəngəzurda 100 minə yaxın insan yaşayır - Əliyev
Media və Yayım Şurası İran və Türkiyədən informasiya hücumlarını pisləyib
Siyasət 10:26
Media və Yayım Şurası İran və Türkiyədən informasiya hücumlarını pisləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol