• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlar davam edir- Səfir

Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlar davam edir- Səfir
21.10.2026 10:17

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə rəsmi danışıqlar bərpa edilib və indiyədək iki mərhələsi keçirilib.Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Marijana Kujundžić 2026-cı il Aİ-Azərbaycan Biznes Forumunda çıxışı zamanı bildirib.

“Biz artıq Braziliyada və Bakıda olmaqla iki konstruktiv danışıqlar mərhələsi keçirmişik və proses davam edir”, – o qeyd edib.

Səfirin sözlərinə görə, yeni saziş tərəflər arasında münasibətlərin müasirləşdirilməsinə və 1999-cu ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin əvəzlənməsinə xidmət edəcək.

O bildirib ki, bu il Aİ ilə Azərbaycan arasında əməkdaşlığın 30 illiyi tamam olur. Eyni zamanda, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır və ölkə ilə enerji əməkdaşlığında mühüm rol oynayır.

Kujundžić Azərbaycanın, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı üçün əhəmiyyətli enerji təchizatçısı olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəfdaşlıq bərpa olunan enerji, külək enerjisi və yaşıl keçid sahələrində də genişlənir.

Səfir Azərbaycanın Avropa ilə Asiya arasında ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsində roluna da diqqət çəkib. O, Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafının regionun logistika imkanlarını genişləndirmək üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.

Kujundžić Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin 2026-cı il iyulun 1-2-də Bakıya səfərini xatırladaraq, səfər zamanı Cənubi Qafqazda dövlət və özəl infrastruktur investisiyalarına 2 milyard avroyadək vəsaitin səfərbər edilməsini nəzərdə tutan “Qlobal Qapı” investisiya paketinin elan olunduğunu deyib.

Onun sözlərinə görə, paket çərçivəsində strateji nəqliyyat infrastrukturuna, o cümlədən Naxçıvan dəmir yolu şəbəkəsinin modernləşdirilməsinə və Bakı limanının genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Səfir əlavə edib ki, forum çərçivəsində Orta Dəhlizin imkanları, perspektivləri və çağırışları müzakirə olunur. Tədbir, həmçinin Avropa şirkətlərinə Azərbaycandakı biznes mühiti, investisiya imkanları və qarşıdakı islahatlarla bağlı məlumat əldə etmək imkanı yaradır.

Kujundžić bildirib ki, forumda Aİ-Azərbaycan Biznes İqlim Hesabatının 2025-2026-cı illər üzrə səkkizinci buraxılışı da təqdim ediləcək. Hesabat ölkədə biznes mühitinin müstəqil qiymətləndirilməsini və onun zamanla dəyişməsinin izlənilməsini nəzərdə tutur.

O, həmçinin Azərbaycanda ticarət sektorunun inkişafına dair yeni ekspert tədqiqatının təqdim olunacağını qeyd edib.

Səfirin sözlərinə görə, Aİ nümayəndəliyi və Avropa Komissiyası bərpa olunan enerji də daxil olmaqla strateji sahələrdə Avropa şirkətlərinin Azərbaycana özəl investisiyalarını təşviq etmək istiqamətində fəaliyyət göstərir.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Türkiyəyə səfərə gedib
Siyasət 19:25
Prezident Türkiyəyə səfərə gedib
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Siyasət 13:27
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 12:31
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol