• $
  • €
  • ₽
  • ₺
  • £

AFchamber: İnfrastruktur Orta Dəhlizin inkişafı üçün kifayət deyil

AFchamber: İnfrastruktur Orta Dəhlizin inkişafı üçün kifayət deyil
21.10.2026 10:23

Orta Dəhliz üzrə iqtisadi əlaqələrin inkişafı yalnız nəqliyyat infrastrukturunun genişləndirilməsindən deyil, həm də biznes mühitinin şəffaflığından, proqnozlaşdırıla bilməsindən və rəqabət qabiliyyətindən asılıdır.

Bunu Azərbaycan-Fransa Ticarət Palatasının (AFchamber) icraçı direktoru Ceyhun Atayev Bakıda keçirilən Avropa İttifaqı – Azərbaycan Biznes Forumunda bildirib.

“Bu il diqqətimiz bağlantılara, infrastruktura və Orta Dəhlizə yönəlib. Fiziki infrastruktur, əlbəttə, vacibdir. Lakin təkcə avtomobil və dəmir yolları, limanlar uğurlu iqtisadi əlaqələr yarada bilməz. Bunun üçün sağlam biznes mühiti lazımdır. Bu mühit şəffaf, proqnozlaşdırıla bilən, rəqabətədavamlı və investisiyaları cəlb etmək iqtidarında olmalıdır”, – o qeyd edib.

Atayevin sözlərinə görə, sağlam biznes mühitinin qorunması üçün etibarlı məlumatlara, mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə və əldə olunan nəticələr əsasında hərəkət etmək əzminə ehtiyac var.

O bildirib ki, effektiv diaqnostika yalnız mövcud problemlərin aşkarlanması deyil, həm də reallıqların dərk edilməsi, potensial risklərin idarə olunması və əsaslandırılmış qərarların qəbul edilməsi deməkdir.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Türkiyəyə səfərə gedib
Siyasət 19:25
Prezident Türkiyəyə səfərə gedib
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Siyasət 13:27
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 12:31
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol