İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstanın Baş naziri Rumen Radevlə görüşüb.
Görüş Bolqarıstan tərəfinin müraciəti əsasında keçirilib.
İlham Əliyev bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı Rumen Radevə bir daha başsağlığı verib. Bolqarıstanın Baş naziri göstərilən diqqətə və həmrəyliyə görə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib.
Tərəflər enerji sahəsində əməkdaşlığı, elektrik enerjisi dəhlizinin yaradılması layihəsini və ölkələr arasında bağlantıların inkişafı perspektivlərini müzakirə ediblər.
Söhbət zamanı, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
























